Bu ölkə ABŞ hərbi bazası yerləşdirilə bilər

Bu ölkə ABŞ hərbi bazası yerləşdirilə bilər

Polşa hökuməti ölkənin şərqində ABŞ hərbi bazasının yerləşdirlməsi məsələsini araşdırır.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bunu RMF FM-ə müsahibəsində Polşanın Baş naziri dəftərxanasının rəhbəri Mixal Dvorçik deyib.

O bildirib ki, belə bir addım bütün regionun təhlükəsizliyi baxımından böyük hadisə olardı. Onun sözlərinə görə, hökumət ABŞ bazasını ölkənin şərq, yaxud şimal-şərq bölgəsində yerləşdirməyə tərəfdardır.

Qeyd edək ki, Polşa ərazisində ABŞ hərbi bazasının yaradılması bu ayın 18-də iki ölkə prezidentləri Anjey Duda və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün əsas mövzusu olub.

скачать dle 12.1
Geri qayıt