Makron Paşinyanla Qarabağı müzakirə etdi
Fransa prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.
GunAz.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər münaqişənin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıblar.
Paşinyan bəyan edib ki, Ermənistan danışıqların davam etdirilməsinə sadiqdir.