Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək

Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə səfər edəcək. Səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.

Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.

Prezident Aparatının məlumatında qeyd edilir: "İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək".

скачать dle 12.1
Geri qayıt