7 nəfərin olduğu helikopter itdi

7 nəfərin olduğu helikopter itdi

Nepalın mərkəzi hissəsində, Himalay dağlarında içərisində 7 nəfərin olduğu helikopter itib.

GunAz.az-ın məlumatına görə, helikopter kəndlərin birindən xəstə sakini paytaxt Katmanduya aparırmış.

İtən helikopterdə pilotla yanaşı, 6 sərnişin də olub. Sərnişinlər arasında bir yaponiyalı turistin olduğu deyilir.

Helikopterin axtarışları üçün xilasedicilər bölgəyə yollanıb.

скачать dle 12.1
Geri qayıt