Kiyevdə vertolyot qəzaya düşüb

Kiyevdə mülki vertolyot qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Milli polisi məlumat yayıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Vertolyot özəl firmalardan birinə məxsus olub. Polis qəzanın baş vermə şəraitini araşdırır.