Hərbi zavodda yanğın - Ölənlər var

Hərbi zavodda yanğın - Ölənlər var

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.

GunAz.az xəbər verir ki, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir.

Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir.

скачать dle 12.1
Geri qayıt