Türk ordusu 5 PKK-a terrorçusunu məhv etdi

Türk ordusu 5 PKK-a terrorçusunu məhv etdi

Türkiyənin Şırnak bölgəsinin Beytüşşəbap mahalında yerləşən Faraşin yaylağında PKK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

GunAz.az xəbər verir ki, kəşfiyyat orqanları səhər 06:30 radələrində Beresih təpəsində 5 terrorçu aşkar edib. Bundan sonra havadan dəstək verilməklə təşkil olunan əməliyyat nəticəsində 5 PKK-çı məhv edilib.

Qeyd edək ki, əməliyyata şəhid jandarma Songül Yaqutun adı verilib.

скачать dle 12.1
Geri qayıt