Rusiya qayığa qarşı silahın yeni nəslini hazırlayır

Rusiya qayığa qarşı silahın yeni nəslini hazırlayır

Rusiyada qayığa qarşı silahın yeni nümunələri hazırlanır.

GunAz.az xəbər verir ki, bu haqda “Texmaş” konserninin baş direktoru Vladimir Lepin “RİA-Novosti” agentliyinə bildirib.

“Qayığa qarşı silahın yeni nümunələri hazırlanır. Onlar öz xarakteristikalarında “Zaqon-2E” aviasiya bombasını üstələyirlər”, - o deyib.

Qayığa qarşı “Zaqon-2” aviasiya bombası suüstü və sualtı (dərinliyi 600 metrə qədər) gəmilərin məhv edilməsi üçün nəzərdə tutulub. Hədəfin aşkar edilməsinin uzaqlığı 450 metrə qədərdir.

İstehsalçılar “Zaqon-1”-in məhvedici effektivliyini “Zaqon-2E” ilə müqayisədə üç dəfə artırmağı bacarıblar. Eyni zamanda, döyüş məsələsinin icrasının dəyəri üç dəfə azalıb.

скачать dle 12.1
Geri qayıt