PKK ilə türk əsgəri arasında atışma - 4 şəhid

Türkiyənin Adıyaman bölgəsində mərmər yatağını yandıraraq qaçan PKK terrorçuları ilə təhlükəsizlik orqanları arasında atışma baş verib.
GunAz.az xəbər verir ki, silahlı qarşıdurma zamanı 4 əsgər şəhid olub, 3-ü yaralanıb.
Əməliyyatların davam etdirildiyi bölgəyə əlavə qüvvələr və tibb briqadaları cəlb olunub. Həmçinin Adana Jandarma Qüvvələri komandanlığı bölgəyə havadan dəstək göndərib.