Putin Şimali Koreya lideri ilə görüşə RAZILAŞDI
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın teleqramına cavab verib.
GunAz.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin KXDR-nın liderinin görüş təklifi barədə teleqramına müsbət cavab verib.
“Mən ikitərəfli əlaqələrin və vacib regional aktual məsələləri müzakirə etmək üçün sizinlə tezliklə görüşməyə hazır olduğumu təsdiq edirəm” – Putinin cavab teleqramında bildirilib.
Rusiya prezidenti Inı və şimali koreyalıları “ümumxalq bayramı” münasibəti ilə təbrik edib.