Əhmədinejaddan Ruhaniyə istefa çağırışı

Əhmədinejaddan Ruhaniyə istefa çağırışı

İranın sabiq prezidenti Mahmud Əhmədinejad xalqın mövcud hökumətə etibarının qalmadığını bildirərək hazırki prezident Həsən Ruhanini istefa verməyə çağırıb.

GunAz.az yerli mətbuata istinadən xəbər verir ki, Əhmədinejad sosial media vasitəsilə yayımladığı video-müraciətdə İran xalqının ölkənin mövcud vəziyyətindən narahat olduğunu bildirib.

O, ölkə iqtisadiyyatının məhv olma təhlükəsi ilə üz-üzə qaldığını, xalqın dövlətə etibarının sıfıra endiyini qeyd edib. Əhmədinajad Ruhani və komandasının dövləti idarə etməsinin İran xalqının zərərinə olmasını vurğulayıb:

"Millətin məmnuniyyətini qazanmanın tək yolu hakimiyyəti təhvil verməyinizdir".

 

скачать dle 12.1
Geri qayıt