ABŞ Rusiyanı qoşunları Gürcüstandan çıxarmağa çağırdı
Birləşmiş Ştatlar Rusiyanı qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırır.
GunAz.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.
"ABŞ Rusiyanı qoşunları 2008-ci il müdaxiləsinə qədər olduğu mövqelərə aparmağa çağırır”, - o brifinq zamanı qeyd edib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib ki, ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir.