İstanbulda terror törədən PKK-çılar həbs olundu

İstanbulda terror törədən PKK-çılar həbs olundu

İstanbulda terrorla mübarizə əməliyyatları çərçivəsində nəzarət altına alınan 8 şübhəlidən 4-ü həbs edilib.

GunAz.az xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlarda həbs edilənlər arasında PKK-nın adından İstanbulda terror əməlləri törədən Seyhan Ç., logistik və kadrlara görə məsuliyyət daşıyan Fərda Y. da olub. Şübhəli bilinən digər 4 nəfər isə şərti azadlığa buraxılıb.

Əməliyyatlar zamanı təşkilatın sənədləri və rəqəmsal materiallar ələ keçirilib.

скачать dle 12.1
Geri qayıt