Rusiya və İran arasında KRİTİK GÖRÜŞ
Rusiya və İranın xarici işlər nazirləri bu gün Sinqapurda görüşəcək.
GunAz.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nümayəndə heyətindəki mənbə bildirib.
Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN - Association of Southeast Asian Nations) ölkələrinin xarici işlər nazirlərinin konfransı çərçivəsində keçiriləcək. Tərəflərin İranın nüvə proqramı üzrə saziş ətrafında yaranan son vəziyyəti müzakirə edəcəyi bildirilir.