ABŞ-la Talibanın gizli görüşü keçirildi

ABŞ-la Talibanın gizli görüşü keçirildi

ABŞ-la Taliban nümayəndələri arasında gizli görüş baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” yayıb. Görüşün çox pozitiv siqnallarla başa çatdığı iddia edilib. Belə ki, görüşdə əsas müzakirə mövzusu Əfqanıstandakı atəşkəs rejimi olub.

Görüş Qətərin paytaxtı Dohada baş tutub. Tərəflər yeni görüşlərin keçirilməsi barədə razılıq əldə ediblər.

Qeyd edək ki, bundan öncə ABŞ tərəfindən dəstəklənən Əfqanıstan ordusunun ölkənin az məskunlaşmış yerlərini Taliban hərəkatına təslim etdiyi haqda məlumat yayılıb.

скачать dle 12.1
Geri qayıt