​Qocalar evində atışma olub – ÖLƏNLƏR VAR

​Qocalar evində atışma olub – ÖLƏNLƏR VAR

ABŞ-ın Texas ştatının Robstaun şəhərində qocalar evində atışma baş verib.

GunAz.az TASS agentliyinə istinadən xəbər verir ki, şəhər polisinin rəhbəri Erasmo Floresin məlumatına görə, hadisə nəticəsində 3 nəfər öldürülüb.

“Biz üç qurbanın olduğunu təsdiq edirik: iki kişi və qadın”, - polis rəisi bildirib.

Daha sonra yaxınlıqdakı binada daha 2 nəfərin meyiti aşkarlanıb. Ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib. Polis rəsmisi insidentin təfərrüatları və qatilin taleyi barədə açıqlama verməyib.

Qətl hadisələrinin bir-biri ilə əlaqəsinin olub-olmadığı araşdırılır.

скачать dle 12.1
Geri qayıt