Sərkisyanın cangüdəni azadlığa çıxdı

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın mühafizəçisi Vaçaqan Kazaryan azadlığa buraxılıb.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb. Onun 2 milyon dollar girov qarşılığında azadlığa buraxıldığını bildirib.
Qeyd edək ki, Kazaryan iyunun sonunda həbs edilib.