Torontoda atışma: 8 yaralı

Torontoda atışma: 8 yaralı

Kanadanın Toronto şəhərində yaşayış məntəqələrindən birində atışma nəticəsində azı 8 nəfər yaralanıb. Bu barədə CTV telekanalı məlumat yayıb.

GunAz.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə meqapolisin şərq hissəsində olub. Təcili yardım xidməti əməkdaşlarının məlumatına görə, xəstəxanaya 8 nəfər yerləşdirilib. Onların vəziyyəti barədə informasiya daxil olmayıb.

Ətrafdakı insanlar çoxsaylı atəş səslərinin eşitdiklərini söyləyiblər. Hadisənin səbəbi məlum deyil.

скачать dle 12.1
Geri qayıt