Çində 400 min insan təxliyə edildi - Səbəbi?

Çində 400 min insan təxliyə edildi - Səbəbi?

Çin hakimiyyəti güclü külək və leysan yağışla müşayiət olunan “Ampil” tayfunu ilə əlaqadar  Şanxayda, Çjetsyan və Tzyansu əyalətlərində 387 mindən çox insan təxliyə edib.

GunAz.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Tayfunun mərkəzində küləyin sürəti saatda 100 kilometrə çatır. “Ampil” tayfunu yerli vaxtla saat 12:30 radələrində Şanxay yaxınlığındakı Çunmin adası sahillərinə çatıb. Tayfun şimal-qərb istiqamətində materikin dərinliklərinə doğru hərəkət edir və günorta saatlarında Şandun əyalətinə çatacaq.

скачать dle 12.1
Geri qayıt