Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
Latviya yaxın illərdə hərbi xərclərini artıracaq.
GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Xarici İşlər naziri Edqar Rinkeviç deyib. Onun sözlərinə görə, rəsmi Riqa müdafiə xərclərini ümumdaxili məhsulun 2,5%-i miqdarına çatdıracaq.
O, bunun Latviyanın təhlükəsizlik maraqlarına cavab verdiyini bildirib. (axar.az)