Ermənistanda nazirlik binası uçdu: vəzifəli şəxs öldü
Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub.
Azvision.az xəbər verir ki, yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb. Onun hadisə yerində meyiti aşkar edilib.
Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.