Çexiyada HƏYƏCAN - Şir və pələnglər zooparkdan qaçdı
Çexiyanın Ştiti kəndində yerləşən zooparkdan heyvanlar qaçıb.
GunAz.az Xarici mediaya istinadən xəbər verir ki, 2 pələng və 1 şirin qəfəsləri necə tərk etməsi hələ məlum deyil.
Hadisə ilə əlaqədar polis kənd sakinlərinə müraciət edərək ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, zoopark bu kənddə 2014-cü ildə yaradılıb.
Zoopark əməkdaşları hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.