ABŞ tarixinin ƏN YAXŞI və ƏN PİS prezidentini seçdi

ABŞ tarixinin ƏN YAXŞI və ƏN PİS prezidentini seçdi

ABŞ-ın “Pyu” araşdırma mərkəzi ölkədə anket sorğusu keçirib.

GunAz.az xəbər verir ki, sorğuda ABŞ tarixinin ən yaxşı prezidentinin kim olduğu soruşulub.

Anketin nəticəsinə görə, Amerikanın gəlmiş-keçmiş ən yaxşı prezidenti Barak Obama seçilib. Anket iştirakçılarının 44%-i Barak Obamanı ən dürüst, obyektiv, ağ və qaradərililərə xidmət edən və işini ən yaxşı şəkildə görən prezident seçiblər.

İkinci yerdə Bill Klinton qərarlaşıb. İştirakçıların 33%-i Klintonu daha yaxşı gördüklərini bildirib. Bill Klintonu 32% səslə Ronald Reyqan izləyib.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp isə siyahıda sonuncu olub. Amerikanın ən pis prezidenti seçilən Tramp “qütbləşdirici və bölücü” prezident kimi dəyərləndirilib.

скачать dle 12.1
Geri qayıt