Ərdoğanı 10 min polis qoruyacaq - Mühüm gün

Ərdoğanı 10 min polis qoruyacaq - Mühüm gün

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah baş tutacaq andiçmə mərasiminə 22 dövlət başçısı qatılacaq.

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, mərasimlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

Məlumata görə, bunun üçün 10 mindən çox polis asayişin qorunmasına yönləndirilib.

Andiçmədə dövlət başçıları ilə yanaşı, bir sıra ölkələrin nazirləri, parlament rəhbərləri və deputatları da iştirak edəcək.

Qeyd edək ki, R.T.Ərdoğan iyunun 24-də keçirilən prezident seçkilərində 52,5 faiz səslə qalib gəlib.

скачать dle 12.1
Geri qayıt