Fransa prezidenti Rusiyaya gəlir

Fransa prezidenti Rusiyaya gəlir

Fransa prezidenti Emmanuel Makron ölkəsinin futbol komandasını dünya çempionatının yarımfinal oyununda izləmək üçün Rusiyaya gələcək.

Virtualaz.org “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə bildirib.

Xatırladaq ki, oyun iyulun 10-da Moskvada keçiriləcək.

Daha öncə bildirilirdi ki, Avropa İttifaqı ölkələrinin liderlərindən heç biri Rusiyaya futbol üzrə dünya çempionatına gəlməyəcək.

скачать dle 12.1
Geri qayıt