Acarıstanın yeni rəhbərinin adı bəlli oldu

Acarıstanın yeni rəhbərinin adı bəlli oldu
Acarıstan Muxtar Respublikası (MR) hökumətinin yeni rəhbəri vəzifəsinə namizəd irəli sürülüb.
“Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru Tornike Rijvadze Acarıstan hökumətinin yeni başçısı olacaq. Onun namizədliyi muxtar respublikanın Ali Məclisi tərəfindən dəstəklənib.

T.Rijvadze yaxın günlərdə yeni hökumətin tərkibini təqdim etməlidir. Bundan sonra Ali Məclis yeni hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib. (AzərTac)
скачать dle 12.1
Geri qayıt