Gürcüstanın valyuta ehtiyatları 34 milyon azaldı

Gürcüstanın valyuta ehtiyatları 34 milyon azaldı
Gürcüstanın valyuta ehtiyatları cari ildə təqribən 34 milyon dollar azalıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub.

Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çox olub. Lakin, cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.

Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

скачать dle 12.1
Geri qayıt