Terror aktı planlaşdıran iranlı ər-arvad tutulub

Terror aktı planlaşdıran iranlı ər-arvad tutulub

Belçika polisi terror planlaşdırmaqda şübhəli bilinən iki iranlını saxlayıb.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslərin iyunun 30-da Fransada 25 min nəfərin iştirakı ilə keçiriləcək konfransda terror törətmək istədikləri qeyd edilir. 

Saxlanılanlar 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nasimedir. 

Faktla bağlı cinayət işi açılıb. Hər iki şəxs haqda həbs qətimkan tədbiri seçilib. 

скачать dle 12.1
Geri qayıt