Cəlalabadda dəhşətli partlayış: 17 ölü

Cəlalabadda dəhşətli partlayış: 17 ölü
Əfqanıstanın Nanqarhar əyalətinin cənub-şərqindəki Cəlalabad şəhərinin inzibati mərkəzində qubernatorluq ofisinin yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 17-ə çatıb, 30 nəfər yaralanıb.

GunAz.az xəbər verir ki, hadisə nəticəsində 12 ölü və 20 yaralı var. Partlayış ölkə prezidenti Əşrəf Qəninin şəhərə səfər etməsi fonunda baş verib.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Əşrəf Qəni ötən gün Talibanla atəşkəsin sona çatdığını elan edərək silahlı qüvvələrin əməliyyatları davam etdirəcəyini bildirmişdi.

скачать dle 12.1
Geri qayıt