İndoneziyada təyyarə atəşə tutuldu

İndoneziyada təyyarə atəşə tutuldu

İndoneziyanın Yeni Qvineya adasında naməlum silahlılar təyyarəni atəşə tutublar.

GunAz.az xəbər verir ki, insident təyyarə hava limanında eniş etdikdən sonra baş verib. Təyyarənin göyərtəsində 15 sərnişin olub.

Naməlumların təyyarəni atəşə tutması nəticəsində pilot yaralanıb və xəstəxanaya yerləşdirilib.

Ölkə polisi və təhlükəsizlik qüvvələri atəş açan şəxslərin axtarışı üzrə əməliyyata başlayıblar.

скачать dle 12.1
Geri qayıt