Moldova prezidenti ABŞ-a səfərini təxirə saldı

Moldova prezidenti ABŞ-a səfərini təxirə saldı
Moldova prezidenti İqor Dodon 2018-ci il iyulun 1-nə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb. Bununla bağlı Dodon özü məlumat verib.
Səfər qeyri-müəyyən müddətə Moldovadakı qeyri-sabit vəziyyət səbəbindən təxirə salınıb.
“Məsələ ilə bağlı ABŞ tərəfi məlumatlandırılıb”, – moldovalı lider “Facebook” hesabında yazıb.
Qeyd edək ki, iyunun 22-də BMT Baş Assambleyasının Rusiyanın Dnestryanıdakı hərbçilərini geri çəkməklə bağlı qanun layihəsi qəbul edilib.
İqor Dodon qəbul edilmiş qərarı “anti-Rusiya demarşı və təxribat” adlandırıb. (oxu.az)
скачать dle 12.1
Geri qayıt