Paşinyan Sarkisyanın daha bir adamını qovdu

Paşinyan Sarkisyanın daha bir adamını qovdu

Ermənistanın İstintaq Komitəsinin sədri Aqvan Ovsepyan istefa verib.

Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin mətbuat xidməti bildirib.

O, öz qərarını idarənin kollektivi ilə görüşdə açıqlayıb. İstefanın səbəbləri haqqında məlumat verilməyib.

Ovsepyan 1998-1999 və 2004-2013-cü illərdə Ermənistanın baş prokuroru olub. 2014-cü ildən isə İstintaq Komitəsinə rəhbərlik edirdi.

Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyan keçmiş prezident və baş nazir Serj Sarkiyanın adamlarını bir-bir yüksək vəzifələrdən uzaqlaşdırır. O, təhlükəsizlik və güc strukturlarının bütün rəhbərlərini dəyişdirərək Qərbə yaxınlığı ilə seçilən şəxslərlə əvəz edib.

скачать dle 12.1
Geri qayıt