Qəzzada toqquşma: 4 ölü, 600 yaralı – FOTO
Qəzza İsrail sərhədində baş verən toqquşmalar nəticəsində 4 fələstinli həlak olub, 600-dən çox insan yaralanıb.
Gunaz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Qəzzanın səhiyyə nazirliyi məlumat yayıb.
İsrail hərbçilərinin sərhədə yaxınlaşan etirazçıları atəşə tutduğu və gözyaşardıcı qaz tətbiq etdiyi bildirilir.
Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış” yürüşü aksiyası 11-ci həftədir ki, davam edir.