Gürcüstanda dörd turist ölüb

Gürcüstanda dörd turist ölüb
Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.

Gunaz.az məlumat verir ki,  6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

скачать dle 12.1
Geri qayıt