Əsəd Şimali Koreya lideri ilə görüşmək istəyir

Əsəd Şimali Koreya lideri ilə görüşmək istəyir
Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyaya səfər etmək və Kim Çen Inla görüşmək istəyir.
Gunaz.az TASS-a istinadən xəbər verir ki, Əsəd bu barədə KXDR-in Suriyadakı yeni səfirinin etimadnaməsini qəbul edən zaman deyib.

"Mən gələcəkdə Şimali Koreyaya səfər etmək və bu ölkənin lideri Kim Çen Inla görüşmək niyyətindəyəm", - deyə Suriya prezidenti görüşdə bildirib.

Əsəd, həmçinin Suriya hökumətinin Şimali Koreyanın siyasi kursunu dəstəklədiyini qeyd edib.
скачать dle 12.1
Geri qayıt