Suriyada azərbaycanlı İŞİD komandiri öldürülüb
Suriyanın İdlib əyalətində İŞİD dəstələrinə kamandanlıq edən azərbaycanlı öldürülüb.
Gunaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, regionda təhlükəsizliyin təmin edilməsi üçün “Həyat Təhrir Şam” qruplaşması İŞİD-ə qarşı xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İdlibin şimalında İŞİD-in gizli düşərgəsi aşkar edilib. Hücum zamanı İŞİD-in bir neçə yüksəkçinli komandirləri öldürülüb.
Öldürülənlər arasında Əbu Cəmal Azəri ləqəbli azərbaycanlı komandir də olub.