Rusiya Bakıya yeni səfir göndərir - Putin təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gunaz.az xəbər verir ki, 70 yaşlı M.Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.