Ermənistanın prezidenti və baş naziri Tiflisə gedəcək

Ermənistanın prezidenti və baş naziri Tiflisə gedəcək

May ayı ərzində Ermənistanın prezidenti və baş nazirinin Gürcüstana səfərləri planlaşdırılır.

Gunaz.az erməni mediasına istinadən xəbər verir. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan mayın 22-də bildirib ki, 25-26 may tarixində prezident Armen Sərkisyan Gürcüstanda olacaq. O, Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı tədbirlərə qatılacaq. 30-31 may tarixlərində isə baş nazir Nikol Paşinyan Tiflisə rəsmi səfər edəcək.

Bu arada Ermənistanı Rusiya ilə birləşdirəcək trans-Abxaziya dəmir yolunun və Osetiya avtomobil yolunun işə salınması istiqamətində davamlı şəkildə cəhdlər göstərir. Yəqin ki, Ermənistanın yeni hakimiyyətinin Gürcüstana yaxınlaşmasının əsas səbəbi budur.

скачать dle 12.1
Geri qayıt