ABŞ İrana qarşı 12 şərt irəli sürdü

ABŞ İrana qarşı 12 şərt irəli sürdü

ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.

Gunaz.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Pompeo Vaşinqtonda “Heritage Foundation”da çıxışı zamanı bu barədə danışıb.

“Tehranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq”, – M.Pompeo bildirib.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: “İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir”.

скачать dle 12.1
Geri qayıt