Pakistanda körpü uçdu: 5 nəfər ölü

Pakistanda körpü uçdu: 5 nəfər ölü
Pakistanın cənubunda yerləşən Azad Kəşmir əyalətindəki Nilum vadisində körpünün uçması nəticəsində azı 5 nəfər ölüb.

Gunaz.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı Nilum çayı üzərindən keçən körpüdə 25 nəfər olub. Həmin şəxslərdən azı 20-si çaya düşüb və onları su aparıb. Suya düşən şəxslərdən 5-i boğulub.

Yerli hakimiyyət dairələri xilasetmə əməliyyatı aparıb və nəticədə 6 nəfər xilas edilib. Lakin güclü külək və suyun soyuq olması axtarış işlərini çətinləşdirir.

скачать dle 12.1
Geri qayıt