Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib
Ermənistan prezidenti Armen Sarkisyan yeni nazirlərin təyin olunması haqda sənədləri imzalayıb.
Gunaz.az xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ölkə prezidentinin fərmanlarına əsasən,
Mane Tandilyan – Əmək və Sosial məsələlər üzrə nazir
Atom Djanjugazyan – Maliyyə naziri
Artak Zeynalyan – Ədliyyə naziri
Armen Torosyan – Səhiyyə naziri
Artur Xacatryan – Kənd Təsərrüfatı naziri
Levon Vardanyan – Gənclər və İdman naziri
Qraçya Rostomyan – Fövqəladə Hallar naziri
Artur Qriqoryan – Təbii Ehtiyyatlar və Enerji İnfrastruktu naziri
Lilit Makunts – Mədəniyyət naziri
Artsvik Minasyan – İqtisadiyyat naziri
Erik Qrigoryan – Təbiətin mühafizəsi naziri
Aşot Akopyan – Nəqliyyat və İnformasiya Texnologiya naziri
Mxitar Arayan – Diasporla işlər üzrə naziri
Suren Papikyan – Ərazilərin idarəetmə və inkişaf naziri
Araik Arutyunyan – Elm və təhsil naziri
David Tonoyan – Müdafiə naziri
Zograb Mnatsakanyan – Xarici işlər naziri təyin olunub.