ABŞ-dan İrana YENİ sanksiyalar

“İrana tətbiq olunacaq sanksiya siyasıhısına daha 6 şəxs və 3 təşkilatın adı əlavə olunub”.
Gunaz.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyi məlumat yayıb. Sanksiya tətbiq ediləcək 6 nəfərdən 3-ü İranda doğulub, eyni zamanda 3 təşkilat da İranda qeydiyyatdadır.
Məlumatda bildirilir ki, sanksiya siyahısına əlavə edilən 6 şəxsin və bir təşkilatın İran İnqilab Keşikçiləri Ordusu ilə əlaqələri olduğu da müəyyənləşib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, ölkəsinin 5+1 ölkələrilə İran arasındakı nüvə razılaşmasından çıxacaqlarını qeyd edib. Trampın qərarından sonra ABŞ Xəzinə Nazirliyi, İrana qarşı ilk sanksiya paketinin 6 avqustda, ikinci sanksiya paketinin isə 4 noyabrda tətbiq ediləcəyini açıqlayıb.