Ərdoğan Ruhani ilə danışdı, Tehrana dəstək verdi –Trampın qərarı ilə bağlı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
Gunaz.az xəbər verir ki, prezidentlər Donald Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması haqda qərarını müzakirə ediblər.
Ərdoğan Trampın qərarını doğru hesab etmədiyini, mövzu ilə bağlı ortaq hərəkət planının hazırlanmasının vacibliyini qeyd edib.