Liviyada terror aktı - Hərbçilər həlak olub

Liviyada terror aktı - Hərbçilər həlak olub

Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.

Gunaz.az-ın məlumatına görə, intiharçı terrorçunun sükanı arxasında oturduğu avtomobil Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpılıb.

Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

скачать dle 12.1
Geri qayıt