PKK türk ordusuna hücum etdi – 1 şəhid
İraqın şimalında Sare Batin bölgəsində PKK terrorçuları ilə Türkiyə ordusu arasında şiddətli atışma baş verib.
Gunaz.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Baş verən şiddətli atışma nəticəsində türk ordusunun bir hərbçisi şəhid olub.
Bölgədə qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində hava dəstəkli əməliyyatlar davam etdirilir.