Nigeriyada dəhşətli qətliam -60 ölü

Nigeriyada dəhşətli qətliam -60 ölü
Terrrorçular Nigeriyanın Birnin Qvari rayonundakı Qvaska kəndinə hücum ediblər.

Gunaz.az xəbər verir ki, hücum nəticəsində ən azı 60 dinc sakin öldürülüb.

Silahlı şəxslər qonşu kənddən hücuma keçərək atəş açmağa və evləri yandırmağa başlayıblar. Bir çox ailə evsiz qalıb.

Yerli administrasiyanın nümayəndəsi Zubayru Mai Qvari bəyan edib ki, bir çox insan hələ də itkin düşmüş sayılır. Bu səbədən ölü sayının artacağı ehtimal edilir.

Hazırda əraziyə hökumət qüvvələri nəzarət edir.

скачать dle 12.1
Geri qayıt