Oksfordda silahlı insident baş verib, yaralanan var
Böyük Britaniyanın Oksford şəhərində silahlı insident qeydə alınıb.
Gunaz.az Xarici mediaya istinadən bildirir ki, şəhərin mərkəzində naməlum şəxs və polis əməkdaşları arasında atışma baş verib.
Hadisə nəticəsində 1 nəfər yaralanıb. Məlumata əsasən, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binalardan birində gizlənən silahlı ilə danışıqlar aparır.
Ətraf ərazilərin polis tərəfindən mühasirəyə alındığı bildirilir.