Paşinyan: “Yeni hökumətdə oliqarxlar olmayacaq”
Ermənistanın potensial baş naziri Nikola Paşinyan yeni hökumətdə oliqarxların olmayacağını bildirib.
Gunaz.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə öz çıxışı zamanı elan edib.
"Heç kim heç kəsə bizneslə məşğul olmaq üçün qanunsuz şərait yaratmayacaq. Qanun pozuntularına görə cəzalandırma olmalı və hər kəs qanun qarşısında cavab verməlidir”.