İranda 16 qadın həbs olundu - İŞİD-lə əlaqə

İranda 16 qadın həbs olundu - İŞİD-lə əlaqə

İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası verib.

Trend-in məlumatına görə, bu barədə Tehran şəhərinin prokuroru Abba Cəfəri Doulabati bildirib.

A.Doulabati deyib: "İŞİD üzvü olan qadınlar müxtəlif həbs cəzasına məhkum ediliblər. Qadınları həmçinin İŞİD-dən aldıqları pulu ödəməyə məcbur ediblər".

Onun sözlərinə görə, qadınlar Suriyaya İŞİD-ə qoşulmağa yollanıblar. Suriyadan İrana qayıtdıqları zaman isə həbs ediliblər.

скачать dle 12.1
Geri qayıt