Dəməşqin atəşə tutulması nəticəsində 8 nəfər yaralanıb

Dəməşqin atəşə tutulması nəticəsində 8 nəfər yaralanıb

Dəməşqin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində 8 nəfər xəsarət alıb.

Gunaz.az bildirir ki, bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Mayın 3-də Həcər-əl-Əsvad rayonundan olan qanunsuz silahlı qruplaşmaların yaraqlıları Dəməşq şəhərinin Ət-Tadamon, Əl-Kazzaz və Barza yaşayış məhəllələrini raket və minaatanlardan atəşə tutublar. Səkkiz nəfər yaralanıb", - o qeyd edib.

скачать dle 12.1
Geri qayıt